“Lotu Quli”yə suiqəsd cəhdi: Lənkəranskinin qardaşının deportasiyası gözlənilir FOTO


Kriminal 03 Noy 2017 13:17:00 407 0

“Lotu Quli”yə suiqəsd cəhdi: Lənkəranskinin qardaşının deportasiyası gözlənilir  FOTO

Həbsdən buraxıldıqdan sonra İstanbulda mənzillənən məşhur kriminal avtoritet "Lotu Quli"ni öldürmək üçün gedən killerlər qrupunun bəzi üzvlərinin, o cümlədən "Rövşən Lənkəranski"nin qardaşı Namiq Canıyevin  Azərbaycana deportasiyası gözlənilir.

Son.az xəbər verir ki, bu barədə virtualaz.org-a İstanbuldakı mənbələr bildiriblər.

Xəbər verdiyimiz kimi Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən axşam İstanbulun Baxçalıevlər məhəlləsindəki "Ömür" tiarət mərkəzinin restoranında keçirilən xüsusi əməliyyatda saxlanılıb. Əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Döyüş qumbaraları ilə "Lotu Quli"nin malikanəsinə basqın planı

Saxlanılanların üzərindən tapançalarla yanaşı döyüş qumbaraları da aşkar edilib. Mənbələrimiz bildirir ki, söhbət  adi sui-qəsd əməliyyatından deyil, "Lotu Quli"nin mənzilləndiyi malikanəyə silahlı hücumdan və əsl döyüş əməliyyatı planından gedir. Həmin qrup malikanəyə basqın edərək kriminal avtoriteti və ətrafındakıları öldürməyə hazırlaşırdı. İstisna deyil ki, tutulanlar həmin planda iştirak etməli olan qrupun üzvlərinin ancaq bir qismidir.

Türkiyə mətbuatı da bu xüsusi əməliyyat barədə yazır. Hərçənd Türkiyə KİV-lərinin xəbərlərində "Rövşən Lənkəranski"nin qardaşının və onunla birlikdə tutulan Azərbaycan vətəndaşlarının adları keçmir.

Bildirilir ki, polis əməliyyat məlumatı əsasında hərəkətə keçib. Polisə daxil olan məlumatda deyilirdi ki, "Ömür" ticarət mərkəzində silahlı şəxslər var. Bu məlumat əsasında əməliyyata başlayan xüsusi təyinatlı polislər ticarət mərkəzinin ətrafında təhlükəsizlik tədbirləri görüb, nəqliyyatın hərəkəti dayandırılıb, təcili tibbi yardım maşınları səfərbər olunub.

Mehmet Sabri Şirin-heroin kralı, qəddar mafioz

Ticarət mərkəzinə giriş-çıxışı bağlayan xüsusi təyinatlılar içəri daxil olaraq Türkiyənin ən qəddar kriminal qruplaşmalarından biri olan "Şirinlər" mafiyasının lideri Mehmet Sabri Şirin də daxil olmaqla 8 nəfəri saxlayıb. Onların üzərindən çoxlu sayda silahlar və bu silahlara aid patronlar çıxıb. Ticarət mərkəzinin avtoparkında həmin şəxslərə aid avtomobillər də nəzarətə alınıb.


Xəbərə aid fotolar