"iPhone X" smartfonu almaq üçün 3 gün növbədə dayanan şəxsi xəstəxanaya aparıblar


Dünya 03 Noy 2017 12:30:29 316 0

"iPhone X" smartfonu almaq üçün 3 gün növbədə dayanan şəxsi xəstəxanaya aparıblar

Kişinin halı pisləşib və nəticədə xəstəxanaya aparılıb

Rusiya paytaxtı Moskvada yeni "iPhone X" smartfonu almaq üçün üç gün növbədə dayanan şəxsi təcili yardım avtomobili ilə xəstəxanaya aparıblar.

"Report" RNS-ə istinadən xəbər verir ki, kişinin halı pisləşib və nəticədə xəstəxanaya aparılıb.

Qeyd edək ki, Rusiyada "ıPhone X" smartfonlarının satışına noyabrın 3-dən başlanılıb. Cihazın rəsmi dəyəri 64 GB və 256 GB modellər üçün müvafiq olaraq 79990 rubl (1373 dollar) və 91990 rubl (1580 dollar) təşkil edir.