Bakı Şəhər Halqası kimsəsiz uşaqları qonaq etdi


İdman 03 Noy 2017 12:17:00 236 0

Bakı Şəhər Halqası kimsəsiz uşaqları qonaq etdi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) mərkəzi ofisində kimsəsiz uşaqlar üçün şənlik keçirdi. BŞH Akademiyasında baş tutan tədbirdə 60-dan çox kimsəsiz uşaq iştirak etdi.

Şənliyin keçirilməsində əsas məqsəd ölkədə kimsəsiz uşaqlara yaxından qayğı göstərmək və bu yolla onların vətənə layiqli gənclər kimi yetişməsinə töhfə verməkdir.

Tədbirdə çıxış edən BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova hamını kimsəsiz uşaqlara dəstək göstərməyə çağırdı:

“Bildiyiniz kimi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkədə aparılan xeyriyyə işlərinə hər zaman dəstək göstərir. Bu, şirkətimizin əsas dəyərlərindən biridir. Bu gün biz kimsəsiz uşaqları akademiyamıza dəvət edərək onlara öz qayğımızı göstərmək istədik. Bildiyiniz kimiBŞH Akademiyası gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynamaqdadır.Uşaqlar bizim gələcəyimizdir və onların ölkəyə layiqli gənclər kimi yetişməsində biz də hər zaman əlimizdən gələni etməyə hazırıq. BŞHgələcəkdə belə sosial aksiyalar keçirməyə davam edəcək və fürsətdən istifadə edərək hər kəsi belə gözəl tədbirlərə qoşularaq kimsəsiz uşaqlara lazımi dəstəyi göstərməyə dəvət edirəm”.