İlin əvvəlindən 66 quyu təhvil verilib


Digərləri 03 Noy 2017 11:25:06 227 0

İlin əvvəlindən 66 quyu təhvil verilib

Oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib.

Oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib. Son.az trend-ə saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 114909 metr qazma işi görülüb ki, bunun da 106593 metri istismara, 8316 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin oktyabr ayında proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilib. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılıb. Ümumiyyətlə, ilin əvvəlindən 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib.