SOCAR-dan qazma zamanı baş vermiş qəza ilə bağlı açıqlama


Digərləri 03 Noy 2017 11:06:00 248 0

SOCAR-dan qazma zamanı baş vermiş qəza ilə bağlı açıqlama

Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) quyuda qazma zamanı baş vermiş qəza ilə bağlı məlumat yayıb. SOCAR-dan trend-ə verilən məlumata görə, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanmış və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirmişdir. Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmışdır. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.