Kapital Bankın dəstəyi ilə metroda foto sərgi təşkil edilib


Digərləri 03 Noy 2017 10:58:00 293 0

Kapital Bankın dəstəyi ilə metroda foto sərgi təşkil edilib

Kapital Bank Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində sosial layihənin rəsmi tərəfdaşı olub. Belə ki, 1 noyabr 2017-ci il tarixində metronun "Nəriman Nərimanov" stansiyasında "Köhnə Bakı" mövzusunda foto sərginin açılış mərasimi keçirilib.

Ümumilikdə 90 fotonun yer aldığı sərgidə hər fotonun yanında Azərbaycan, Rus və İngilis dilində izahı qeyd olunub. Sərgi izləyicilərinə nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş "QR-kod" vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür.