SOCAR: 490 saylı quyuda baş verən qəzada ölən olmayıb


Digərləri 03 Noy 2017 10:47:00 217 0

SOCAR: 490 saylı quyuda baş verən qəzada ölən olmayıb

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda baş verən qəza nəticəsində ölən olmayıb

Bakı. Samir Əli - SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda baş verən qəza nəticəsində ölən olmayıb. Bu barədə Trend-ə açıqlamasında SOCAR-ın mətbuat xidmətinin əməkdaşı İbrahim Əhmədov məlumat verib. Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilovdur. Hər iki şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin xəsarəti yüngül olduğundan evə buraxılıb, digər yaralının müalicəsi davam etdirilir.