Türkiyədə terrorçularla atışmada 1 polis şəhid olub, 4-ü yaralanıb


Dünya 03 Noy 2017 10:19:15 270 0

Türkiyədə terrorçularla atışmada 1 polis şəhid olub, 4-ü yaralanıb

Anti-terror əməliyyatı PKK üzvlərinin toplaşdığı ərazidə keçirilib

Türkiyənin Diyarbakır əyalətində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 1 polis şəhid olub, 4 asayış keşikçisi yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir terrorçu məhv edilib.

Antiterror əməliyyatı Kaynarpınar rayonunun Huzurevləri məhəlləsinin Sıtkı Göral küçəsindəki yaşayış binasında, PKK üzvlərinin toplaşdığı mənzildə keçirilib.