Lotu Quliyə suiqəsd əməliyyatında “Şirinlər”in izi FOTO


Kriminal 03 Noy 2017 10:25:00 357 0

Lotu Quliyə suiqəsd əməliyyatında “Şirinlər”in izi  FOTO

Türkiyə mətbuatı məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsd cəhdinin qarşısını alınması ilə bağlı İstanbul polisinin ötən gün keçirdiyi əməliyyat barədə yazıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Lotu Quli"nin İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan killer qrupu "Ömür AVM" ticarət mərkəzində saxlanılıb.

Məlum olub ki, killer qrupu "Max" ləqəbli Mehmet Sabri Şirinin liderlik etdiyi "Şirinlər dəstəsi"ndən ibarət olub. Restorana basqın zamanı Sabri Şirin 13 adamı ilə birgə saxlanılıb. 

Dəstə liderinin yemək yemək üçün həmin restoranı seçdiyi bildirilir. Dəstə üzvlərinin üzərlərindən xeyli sayda sənədsiz silah götürülüb.


Xəbərə aid fotolar