Tramp Putinlə görüşü barədə proqnoz verdi...


Dünya 03 Noy 2017 10:28:00 305 0

Tramp Putinlə görüşü barədə proqnoz verdi...

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti çərçivəsində görüşmək ehtimalını istisna etmıyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ABŞ lideri deyib: "Bu, çox vacib səfərdir. Orada Putinlə görüşə bilərik... bu, çox mühümdür. Onlar bizə Şimali Koreya və Suriya məsələsində kömək edə bilərlər. Ukrayna barədə də danışmalıyıq".

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti Vyetnamın Dananqe şəhərində 6-11 noyab tarixlərində keçiriləcək.