"Twitter"in əməkdaşı işdən çıxarıldığı gün ABŞ prezidentinin hesabını deaktiv edib


Dünya 03 Noy 2017 10:15:57 282 0

"Twitter"in əməkdaşı işdən çıxarıldığı gün ABŞ prezidentinin hesabını deaktiv edib

Şirkət bu hadisə ilə bağlı araşdırmaya başlayıb

ABŞ Prezidenti Donald Trampın tez-tez istifadə etdiyi "Twitter"dəki hesabı gözlənilmədən yoxa çıxıb. Hesab 11 dəqiqə müddətində işləmədikdən sonra bərpa olunub.Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə rəhbərliyi məlumat verib.

Məlumata görə, @realdonaldtrump hesabı son iş gününü keçirən şirkət əməkdaşlarından biri tərəfindən dekativ edilib.

Hesabın yalnız 11 dəqiqə işləməməsinə baxmayaraq, "Twitter" bu hadisə ilə bağlı araşdırma aparmağa başlayıb.

Hesab bərpa edildikdən sonra Tramp respublikaçıların vergiləri azaltmaq üzrə planlarınına həsr olunmuş tvit paylaşıb.

"Twitter" şirkətindən baş verənlərin araşdırılacağı və bunu gələcəkdə bir daha baş verməməsi üçün addımlar atılacağı bildirilib.

Qeyd edək ki, Donald Tramp "Twitter" hesabını 2009-cu ildə açıb. ABŞ prezidenti sosial şəbəkələrdən siyasi bəyanatlar, müxtəlif məsələlər üzrə öz fikirlərinin ifadə etmək və siyasi rəqiblərinə qarşı hücumlar etmək üçün istifadə edir.