Qadın camaatın gözü önündə özünə işgəncə etdi FOTO


Digərləri 03 Noy 2017 08:40:00 370 0

Qadın camaatın gözü önündə özünə işgəncə etdi  FOTO

İngiltərədə Cekilay adlı heyvansevər və aktivist qadın maraqlı etiraz aksiyası keçirib. Belə ki, qadın könüllü olaraq İngiltərənin mərkəzində bir mağazada "Heyvanlara kosmetik vasitələrin hazırlanması üçün işgəncə verməyin" başlıqlı etiraz keçirib. Yoldan keçən insanlar şüşənin o biri üzündə nə baş verdiyini öyrənmək üçün saatlarla onu izləyiblər.

Son.az Cekilayın 10 saata qədər davam edən etiraz aksiyasında istifadə edilən dəhşətli metodları təqdim edir:

Qadın bunu heç bir şirkət və ya qurumla razılaşdırılmış şəkildə deyil, könüllü şəkildə etdiyini bildirib. Onun sözlərinə görə, hər gün yüzlərlə heyvan bu cür işgəncələrə məruz qalır. İnsanlara bir anlıq özlərini həmin heyvanların yerinə qoymaları üçün o, əvvəl üzünə müxtəlif dərilər üçün hazırlanan krem və lasyonlar sürtüb. Krem onun üzündə müxtəlif yanıqlar və yaralar əmələ gətirib. Bununla o, heyvanların dərisini diri-diri yandıran şirkət rəhbərliklərini qınayıb.

Daha sonra gözlərinə heyvanların gözlərinə tökülən kimyəvi damcılardan töküb. Bundan sonra heyvanlar üçün nəzərdə tutular müxtəlif keyfiyyətsiz quru və sulu qidalarla qidalanıb.


Xəbərə aid fotolar