Tramp: "Green Card"la ölkəyə heç də ən yaxşı insanlar gəlmirlər"


Dünya 03 Noy 2017 08:37:29 309 1

Tramp: "Green Card"la ölkəyə heç də ən yaxşı insanlar gəlmirlər"

"Siz lotoreya sistemi ilə ölkəmizə gələnlərə bir baxın"

ABŞ prezidenti Donald Tramp güman edir ki, "Green Card" – Amerikada daimi yaşayış statusu almaq hüququ verən viza uduşu proqramı ilə ölkəyə "heç də ən yaxşı insanlar gəlmirlər".

“Report” xəbər verir ki, o bunu "Fox News"a müsahibəsində deyib.

"Siz lotoreya sisteminə və onunla bizim ölkəmizə gələn insanlara bir baxınn…Bilinsiniz, ölkələr öz yaxşılarını, seçilmişlərini başqa yerə buraxmırlar", — deyə Tramp bildirib.