Türkiyədə yol qəzası: 21 yaralı


Dünya 03 Noy 2017 07:59:00 203 0

Türkiyədə yol qəzası: 21 yaralı

Türkiyənin Kayseri vilayətində 3 mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, avtobuslar işçiləri daşıyırdı. Hadisə nəticəsində 21 nəfər xəsarət alıb.