Rusiya taxılı Azərbaycanın nəqliyyat yolları vasitəsilə dünya bazarlarına çıxarılacaq


İqtisadiyyat 03 Noy 2017 05:36:21 286 0

Rusiya taxılı Azərbaycanın nəqliyyat yolları vasitəsilə dünya bazarlarına çıxarılacaq

Bu barədə məsələ Stavropolda keçirilən dəyirmi masada müzakirə olunub

Azərbaycanın nəqliyyat-logistika layihələri Rusiyanın cənub regionlarında kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır. Xüsusilə, Şimali Qafqaz Federal Dairəsi taxılın Yaxın Şərq ölkələrinə ixracı sahəsində Azərbaycanın nəqliyyat infrastrukturuna böyük ümidlər bəsləyir.

“Report” xəbər verir ki, bu barədə məsələyə yerli taxıl məhsullarının satış perspektivləri, yeni ixrac istiqamətləri və onların logistikasının müzakirə olunduğu Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Stavropolda keçirilən dəyirmi masası zamanı toxunulub.

Tədbirdə qeyd olunub ki, Stavropol taxılının ixracı ötən ilə nisbətdə 30 faiz artıb, lakin nəqliyyat problemləri kəskinləşib.

Bildirilib ki, taxıl satışının perspektivli istiqaməti Azərbaycan və Gürcüstanın dəmir yolu nəqliyyatı sistemindən istifadəni təklif edən "Xəzəryanı vektor" olaraq qalır.

Həmçinin diqqətə çatdırlıb ki, Azərbaycan - İran sərhədində - "Astara" azad iqtsadi zonasında inşa ediləcək taxıl terminalı tədarükü artırmaq üçün əlavə stimul vəd edir. Bu, böyük Bəndər Abbas limanından tranzit qismində istifadə etməklə əvvəlcə İrana, oradan isə Səudiyyə Ərəbistanı, Dubay və Misirə taxıl ixracı həcmini artırmağa imkan verəcək.

Rusiya və Azərbaycan şirkəti olan "AzRusTrans" QSC-nin birgə layihəsinin reallaşdırılması Sravropola artıq 2018-ci ildən başlayaraq Astara-Rəşt-Qəzvin dəmir yolu ilə Xəzəryanı region ölkələrinə buğda və digər dənli bitkilərin tədarük həcmini artırmaq, həmçinin yaxın gələcəkdə Rusiyanın cənubuna əsas taxıl ixracı kanallarından biri olacaq Mahaçqala dəniz ticarət limanına çıxışı təmin edəcək.