"Apple" maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar məbləğində mənfəət əldə edib


İqtisadiyyat 03 Noy 2017 04:18:51 278 0

"Apple" maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar məbləğində mənfəət əldə edib

Son üç ay ərzində şirkətin gəlirləri 12,2% artaraq 52,6 mlrd. dollara çatıb

Amerikanın "Apple" korporasiyası sentyabrın 30-da başa çatan maliyyə rübünün yekunu üzrə 10,7 mlrd. dollar (səhmə görə 2,07 dollar) məbləğində xalis mənfəət əldə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunan maliyyə hesabatında qeyd olunub.

Ötən ilin analoji rübünün yekunu üzrə şirkətin mənfəəti 9 mlrd. dollar (səhmə görə 1,67 dollar) təşkil edib.

"Apple"nin son üç aya görə gəliri 12,2 faiz artaraq təqribən 52,6 mlrd. dollara çatıb. Bu məbləğin 28,8 mlrd. dolları (təqribən 55 faiz) "iPhone" smartfonlarının satışından əldə olunub.