Suriya ordusu Deyr əz-Zor üzərində nəzarəti tam ələ alıb
Dünya 03 Noy 2017 01:23:04 288 0
Onlarla terrorçu öldürülüb
Suriya ordusu Deyr əz-Zor şəhərini İŞİD terror qruplaşmasının üzvlərindən tam azad edib.
“Report” xəbər verir ki, bu barədə Suriyada insan haqlarına riayət olunmasının Monitorinqi Mərkəzinə istinadən AFP məlumat yayıb.
Bildirilir ki, döyüşlər zamanı İŞİD-in onlarla yaraqlısı öldürülüb, nəqliyyat vasitələri məhv edilib.
Mənbə: report.az