Günün qoroskopu: maliyyə məsələlərində uğur gözlənilir


Digərləri 03 Noy 2017 00:01:00 523 0

Günün qoroskopu: maliyyə məsələlərində uğur gözlənilir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Hər sözə inanmayın, hər kəsi öz ürəyinizlə ölçməyin. Sizə verilən məlumatları yoxlamaqda tənbəllik etməyin. Bu sizə səhvlərdən qaçmağa kömək edəcək. İşə fikir verməyiniz vacibdir. Bəzi sizi sevməyən insanlar bundan sizə qarşı istifadə edə bilərlər. Evdə ailənizlə probleminiz yarana bilər. Sevdiyiniz şəxslə də həmçinin. Uzunmüddətli planlar qurmayın.

Buğa - Çox əlverişli bir gündür. İşdə xeyli uğur qazana bilərsiniz. Karyera qurmaq üçün münasib vaxtdır. Unutmayın: başqalarına nə qədər kömək etsəniz, öz uğurlarınızın sayı bir o qədər çox olacaq. Bu gün Buğalar özlərini çox gözəl lider kimi göstərəcəklər. Çox vacib bir informasiyanı almaq şansınız var. Planlarınızı dəyişəcəyiniz istisna deyil,  ancaq bu sizin əhvalınıza xələl gətirməyəcək.

Əkizlər - Yalnız öz baxışlarınıza etibar edirsiniz və reallığı qəbul etmək istəmirsiniz. Bu da düzəldilməsi çətin olan ciddi yanlışlıqlara səbəb ola bilər. Eqoizm və həddən artıq qürurluluq sizə mənfi tərəfdən xidmət edəcək. Hərtərəfli ehtiyatlı olmağınız tövsiyə olunur. Lazımsız xərclərdən, spontan alış-verişlərdən qaçmaq lazımdır. Qumar oyunlarında iştirak etməyin. Bu gün dostlarınız ilə görüş və köhnə əlaqələrin bərpası üçün də uyğundur.

Xərçəng - Bu gün bir qədər uğursuzdur. Neqativ tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu baş verəndə sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər. Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz.

Şir - Öz hərəkətlərinizin və yaxın keçmişdə baş vermiş hadisələrin qiymətləndirilməsində problemlər yarana bilər. Siz faktlarla hesablaşmaq istəmirsiniz, öz fantaziyalarınız üzərində orientasiya qurmağa üstünlük verirsiniz. İllüziyadan çıxmaq üçün sizə kömək etməyə çalışan mübahisələriniz də ola bilər. Lakin əsas bu deyil, əsas odur ki, siz özünüzlə də razılaşa bilmirsiniz. Uzun müddət harmonik və etibarlı olan münasibətlər bu gün sınaqdan keçəcək.

Qız - Bu gün həyat tonusu artır. Enerjiniz o qədər çoxdur ki, bu enerjini hara xərcləmək barədə düşünəcəksiniz. Yaxınlarınız sizin köməyinizə ehtiyac duya bilərlər, lakin çətin ki, bu barədə açıq müraciət etsinlər. Bunu özünüz müəyyən etməli olacaqsınız. Lakin siz bir o qədər də diqqətli deyilsiniz. Buna görə də incikliklər və narazılıqlar ola bilər. Bu gün siz neqativ emosiyalara daha çox yoluxursunuz, tez-tez əhəmiyyətsiz şeylərə görə narahat olursunuz, xırda şeyləri ürəyinizə salırsınız. Vacib qərarları qızğın başla qəbul etməməyə çalışın. Böyüklərin məsləhətlərinə qulaq asmaq tövsiyə olunur.