Bədəndəki Fenq Fu nöqtəsinin faydası


Digərləri 02 Noy 2017 23:10:00 248 0

Bədəndəki Fenq Fu nöqtəsinin faydası

Hər gün bir buz kubikini bədəninizdəki bir bölgəyə qoyduğunuzda sizi cavanlaşdıracağını və enerji ilə dolduracağını bilirsinizmi?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu bölgə, boyunla baş arasındakı əlaqə nöqtəsidir.   Çinlilər bu akupunktur nöqtəyə Feng Fu adını veriblər, mənası isə, külək evi deməkdir.   Lazım olan yeganə hərəkət Fenq Fu nöqtəsində 20 dəqiqə boyunca buz saxlamaqdır. Buzu sabit tutmaq üçün bir bandajdan faydalana bilərsiniz. Bu üsulu tətbiq etməyə başlayarkən 30-40 saniyə boyunca özünüzü üşümüş hiss edə bilərsiniz. Lakin bir müddət sonra bu nöqtə istiləşməyə başlayacaq.   Fenq Fu nöqtəsinə hər gün buz kubikini tətbiq etdikdə daha gümrah olduğunuzu hiss edəcəksiniz. Niyə? Çünki buz kubiki ilə, endorfin hormonunun qanda sərbəst dövranını təmin etmiş olacaqsınız.   Endorfin insan bədənində ağrıyan toxumalarda ağrının azalması üçün beyin toxumaları tərəfindən çıxarılan hormonlara verilən addır.   Hormonun funksiyası ağrının şiddətini azaltmaq və bədənə daha az narahatlıq verməsini təmin etmək üçün sinirləri keyitməkdir. Endorfinlərin ağrıkəsici təsiri morfindən təxminən 30 qat daha çoxdur.   Xoşbəxtlik hormonu olaraq da tanınır.   Yuxunu nizamlayır. Həzm sistemini qoruyur. Soyuqdəyməyə qarşı müqaviməti təmin edir. Baş ağrısını azaldır, oynaq və diş ağrılarında təsirlidir.   Tənəffüs sistemini nizamlayır, daha rahat nəfəs almağı təmin edir. Sinir xəstəlikləri və onurğa müalicəsi üçün fayda verir.   Xəbərdarlıq: Bu üslub bir müalicə ya da dərman deyil. Lakin insanın fiziki tarazlığını tənzimləmək üçün faydalıdır. Bədəni cavanlaşdırır və təzələyir. Diqqət! Epilepsiya, şizofreniya və hamiləlik hallarında tətbiq etmək olmaz.