Xoşbəxtlik hormonu, yoxsa xoşbəxtliyin səbəbi?


Digərləri 02 Noy 2017 22:55:00 254 0

Xoşbəxtlik hormonu, yoxsa xoşbəxtliyin səbəbi?

Serotonon hormonu insana xoşbəxtlik, canlılıq verən bir neyrostimulyatordur. Serotonin çatışmazlığında insan özünü yorğun, əzgin, halsız hiss edir. Bu hormon beyin hüceyrələrinin bir-birinə ötürdükləri siqnalların mərkəzə çatmasını tənzimləyir. Son.az immunitet.az-a istinadən bildirir ki, serotonin beyində əmələ gəlir və oradan bədənin lazım olan nöqtələrinə ötürülür. Adətən serotonin mədə-bağırsaq və mərkəzi sinir sisteminə təsir edir. Mərkəzi sinir sistemində olan serotonin insanın ruh halını, yuxusunu, iştahanı, elmə olan həvəsini, hafizəsini, cinsi və sosial davranışlarını tənzimləyir. Ruhi xəstəliklər zamanı istifadə olunan dərmanların bəzilərinin tərkibində selotonin hormonu olur. Bu dərmanların tərkibində olan serotonin orqanizm tərəfindən sorularaq xəstədə az miqdar olan serotoninin miqdarını daha da artırır və ruhi xəstəliklərin sağalmasına səbəb olur. Çünki serotonin çatışmazlığı depressiyaya, diqqətsizliyə, panikaya və həddindən artıq əsəbiliyə səbəb olur. Bəzən serotoninin çatışmazlığı stress və şəkər azlığından da baş verə bilir. Bu zaman bəzi təbii qidalarla onu bərpa etmək olur. Tərkibində serotonin olan qidalar aşağıdakılardır: - şokolad - pendir - portağal - narıngi - süd. Serotoninlə yuxu arasında olan əks tənasübün olması hələ də tibbə aydın deyil. Belə ki, serotonin hormonu gündüzlər artır və insanın həyatını bir düzənə salır. Amma gecələr serotoninin miqdarı azalır, melatoninin miqdarı artır. Melotonin hormonu bizim yuxumuzun normallaşmasını təmin edir. Serotonin hormonu orqanizmdə normal miqdarda olduqda insanın həyata olan həvəsi artır və o özünü xoşbəxt hesab edir. Bu səbəbdən də ona xoşbəxtlik hormonu adı veriblər.