Həzrət Zeynəbin xütbəsindəki kəskin qılınclar


Digərləri 02 Noy 2017 21:50:00 266 0

Həzrət Zeynəbin xütbəsindəki kəskin qılınclar

Həzrət Zeynəbin (s.ə) Yezidin (lən) sarayında söylədiyi xütbəsi orada olanları heyrətə gətirmiş və qəflət gözlərinin açılmasına səbəb olmuşdu. Xanım (s.ə) qılınca malik olmasa da, öz kəskin sözləri ilə Yezidin (lən) ürəyinə elə qılınc yaraları vurur ki, bu məlun ölənə qədər onları unutmur.

Son.az deyerler.org-a istinadən bildirir ki, xanım (s.ə) o cümlədən deyir: "Ey Yezid! Elə güman edirsən ki, yolu bizim üzümüzə bağlamaq, bizi incitmək və kənizlər kimi haraya istəsən çəkmək - bizim Allah yanında xarlıq nişanəmiz, Allahın sənə kəramətidir? Bu, sənin Onun yanındakı böyüklüyünün dəyəridir?   Ey azad olmuşun övladı! Məgər bu ədalətdəndirmi ki, öz kəniz və qadınlarını pərdə arxasında saxlayırsan və Allah Peyğəmbərinin (s) qızlarını əsirliyə çəkirsən, üzlərini göstərirsən, düşmənlər də onları bu şəhərdən başqa şəhərə aparırlar, hər bir mənzilin və diyarın insanları onlara tamaşa etmək üçün gəlirlər?   Ey Allahın düşməni və ey Onun düşməninin oğlu! Allaha and olsun ki, mən sənin dəyərini alçaq və qiymətsiz bilirəm. O çubuq vurmaqlarını vətəhqirlərini böyük günah bilirəm. Ancaq nə edim ki, gözlərim ağlar və sinəm yanardır. Bu (göz yaşları) nə o (zülmə və günaha) bərabərdir və nə dərdimizə dəva edir. O zamandır ki, artıq Hüseyn (ə) qətlə yetirilmişdir".