Bakıda zəncirvari yol qəzası baş verib,


Digərləri 02 Noy 2017 21:44:00 228 0

Bakıda zəncirvari yol qəzası baş verib,

Paytaxtın Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) 3 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bu səbəbdən, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb. BNA sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələrini tövsiyə edir.