Dünyasını dəyişənin əlindən tutdum ki...


Digərləri 02 Noy 2017 21:20:00 257 0

Dünyasını dəyişənin əlindən tutdum ki...

Son.az deyerler.org-a istinadən bildirir ki, mərhum Ağa Seyyid Muhəmmədtəqi Gülüstan nəql edir ki, cavan olan zaman eyni yaşda olan bir neçə cavanla dostluq edirdi və hər gecə birinin evinə gedir və bir yerdə söhbətlər edirdilər.

"Onlardan birinin atası İmam Hüseynə (ə) xüsusi sevgi bəsləyirdi və Hüseynçi idi. İmamın (ə) adı çəkilən zaman özündən asılı olmayaraq ağlayırvə nalə çəkirdi. O gecə ki, onun oğlunun növbəsi gəlib çatmışdı, oğluna demişdi ki, mən razı deyiləm ki, bu evə yığışasınız. O zaman icazə verərəm ki, İmam Hüseynə (ə) rövzə deyən də gəlsin və Həzrəti (ə) zikr etsin. Ona görə də nə zaman o cavanın növbəsi gəlib çatırdı, məclisimiz rövzə və mərsiyə məclisi olurdu. Bir müddət sonra həmin kişi dünyasını dəyişdi və ölümü bizləri çox narahat etdi. Bir gecə yuxuda onu gördüm və onun əlindən tutdum. Çünkieşitmişdim ki, hər kim ölən insanın barmağından tutar, hər nə soruşsa, cavab verəcəkdir. Ona dedim: "Sənin əlini buraxmayacağam o zamana qədər ki, ölüm anından tutmuş indiyə qədər olanları mənə danışasan". Onun bədəni qorxudan titrəməyə başladı və dedi: "Soruşma, çünki deyiləsi deyildir". Onun danışmayacağını başa düşəndə, ona dedim: "Onda bu aləmdə dərk etdiyin şeyi mənə de ki, mən də başa düşüm". Dedi: "Sənə İmam Hüseyndən (ə) deyim ki, dünyada onu yada salırdıq, ancaq tanımırdıq. Bura gələn zaman onun məqamını, izzət və səltənətini müşahidə etdim. Bu, elədir ki, onu sənə başa sala bilmirəm. Gərək özün bu aləmə gələsən və onu görəsən"". (Həvzəh) Allah Təala bizləri İmam Hüseynin (ə) məqamını dərk edənlərdən qərar versin.