Şagirdə qarşı əxlaqsız hərəkət edən məktəb direktoru


Digərləri 02 Noy 2017 21:21:00 247 0

Şagirdə qarşı əxlaqsız hərəkət edən məktəb direktoru

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb. Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.