Bakıda 3 otaqlı ev yanıb


Digərləri 02 Noy 2017 21:14:00 242 0

Bakıda 3 otaqlı ev yanıb

Bakının Xəzər rayonunda ümumi sahəsi 140 kv.m olan evdə yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 140 kv.m və 1 otağı 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.