Təvvabin kimlərdir?


Digərləri 02 Noy 2017 21:15:00 314 0

Təvvabin kimlərdir?

Kufəlilər İmam Hüseynə (ə) məktub yazıb onu şəhərə çağırsalar da, sonra İbn Ziyadın təhdidi nəticəsində İmamı tənha qoydular. Onların bir hissəsi hətta düşmən əsgərlərinə qoşulub İmamla döyüşdü, əksəriyyət isə baş verənlərə biganə qaldı. Aşura faciəsi baş verdikdən sonra onlar öz əməllərindən peşman oldular və tövbə etdilər.

Son.az islam.az-a istinadən bildirir ki, onlara "təvvabin", yəni tövbə edənlər deyirdilər. Təvvabin yığılıb qərara gəldilər ki, mütləq öz səhvlərini düzəltməlidir və qanları ilə öz xəyanətlərini yumalıdırlar. Onlar qərara gəldilər ki, Əməvilərin əleyhinə üsyan qaldırıb Şama hücum etsinlər. Aşura faciəsindən 4 il sonra Süleyman ibn Sürəd Xüzai adlı bir nəfərin başçılığı altında 4 min nəfər təvvabin Kufədən çıxıb Şama tərəf üz tutdu. Yolda onlara daha min nəfər də qoşuldu. Şamdan gələn böyük Əməvi qoşunu yolda onların qarşısını kəsdi. Üç gün davam edən qeyri-bərabər döyüşdə təvvabinin əksər hissəsi öldürüldü və qiyam amansızlıqla yatırıldı.