Xəbəri olmadan başqasına zamin yazıblar


Digərləri 02 Noy 2017 21:07:00 314 0

Xəbəri olmadan başqasına zamin yazıblar

Qonşusuna zamin duran şəxs mal-mülkündən ola bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ağsu rayonu, Sanqalan kənd sakini Rövşən Əsədov 3 il öncə qonşusu Zakir Abbasova kredit alanda zamin durub. Zakir Abbasov kredit borcunu bağlayandan sonra bank yenidən kredit təklif edib. O, bu dəfə əvvəlkindən 2 qat çox, yəni 10 min dollar kredit götürüb. Zamin kimi də yenə Rövşən Əsədov qeyd olunub. Bundan xəbəri olmayan Rövşənə bir neçə gün əvvəl zamin durdugu adam borcunu ödəyə bilmədiyi üçün malına həbs qoyulması barədə məktub gəlıb. Borclu Zakir Abbasov deyir ki, o, 2-ci dəfə kredit alanda bankdan zaminə ehtiyac olmadığı bildirilib. Götürülən 10 min dollar puldan müəyyən faizi ödənilib. Hazırda isə bankda 7434 dollar borc gostərilib. İndi borclu duruma düşən Rövşən məsləyə aydınlıq gətirilməsini istəyir.


Xəbərə aid video