Bəzi yollarda sürüşmələr aktivləşib VİDEO


Digərləri 02 Noy 2017 21:08:00 306 0

Bəzi yollarda sürüşmələr aktivləşib  VİDEO

Respublikanın bəzi yollarında sürüşmə sahələrinin aktivliyi artıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  yollarda hərəkət edən sürücülər üçün təhlükə var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının keçirdyi son yoxlamalardan sonra bəzi yollarda sürüşmə təhlükəsinin artdığı müşahidə olunub. Eyni zamanda əsas yollardan biri olan Bakı-Şamaxı yolunda da sürüşmə sahəsində aktivlik artıb. Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə, sözügedən yollarda sürüşmə sahələrində aktivliyin artması uçqun təhlükəsi riskini də artırır. Bu isə yolda hərəkət edən sürücülər üçün təhlükə yaradır. Bundan başqa, təbii amillərin təsirindən Masazır və Zığ qəsəbəsində də sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb.


Xəbərə aid video