İspaniya Karlos Puçdemonun həbsi üçün Avropa orderinin verilməsini tələb edib


Dünya 02 Noy 2017 20:44:18 257 0

İspaniya Karlos Puçdemonun həbsi üçün Avropa orderinin verilməsini tələb edib

Hazırda Kataloniyanın keçmiş hakimiyyətinin 5 nümayəndəsi Belçikadadır

İspaniya prokurorluğu Kataloniyanın hakimiyyətdən uzaqlaşdırılan başçısı Karlos Puçdemonun və onun silahdaşlarının həbsi üçün Avropa orderinin verilməsini tələb edib.

"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, hazırda Kataloniyanın keçmiş hakimiyyətinin 5 nümayəndəsi Belçikadadır.

Prokurorluğun sorğusuna əsasən, İspaniya məhkəməsi həbs üçün Avropa orderi verəcəyi təqdirdə, bu, Karlos Puçdemonun 60 gün ərzində Aİ-nin istənilən ölkəsindən, həmçinin Belçikadan qaytarılmasına imkan yaradacaq.