Türkiyə yığma komandasının keçmiş futbolçusu 6 aylıq diskvalifikasiya edilib


Sosial 02 Noy 2017 19:20:00 285 0

Türkiyə yığma komandasının keçmiş futbolçusu 6 aylıq diskvalifikasiya edilib

Türkiyə Futbol Federasiyası onun 6,4 milyon lirəlik təzminat tələbini də rədd edib

Türkiyə yığma komandasının keçmiş futbolçusu Özer Hurmacı 6 aylıq diskvalifikasiya edilib. 

"Report"  Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb onun "Trabzonspor" klubu ilə 2018-ci il mayın 31-də bitəcək müqaviləsinə 2016-cı il avqustun 24-də birtərəfli qaydada xitam verməsidir. 

Türkiyə Futbol Federasiyası (TFF) Özer Hurmacının Trabzon təmsilçisinə qarşı 6,4 milyon lirəlik təzminat tələbini də rədd edib. 

Xatırladaq ki, Türkiyə yığma komandasının keçmiş futbolçusu "Osmanlıspor"da çıxış edirdi.