Elmar Məmmədyarov FransaAzərbaycan dostluq qrupunun üzvlərini qəbul edib FOTO


Siyasət 02 Noy 2017 19:00:00 279 0

Elmar Məmmədyarov FransaAzərbaycan dostluq qrupunun üzvlərini qəbul edib  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Pyer Alan Rafanın başçılıq etdiyi Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərini qəbul edib

Nazirlikdən Son.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və idman sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin bu münasibətlərə töhfə verdiyi vurğulanıb.

E.Məmmədyarov bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və bu müddət ərzində iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulduğunu diqqətə çatdırıb.

O, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd edib.

Pyer Alan Rafan Fransanın regionları ilə əməkdaşlığın genişləndirilməsinin və deputatlar arasında təmasların artırılmasının vacibliyini qeyd edib. Fransada Azərbaycanın daha çox tanınması və təşviq edilməsi üçün hər iki ölkənin şəhərləri arasında "qardaşlaşma"nın artırılmasının önəmini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir ədalətin Azərbaycanın tərəfində olduğunu və buna görə də münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı olduğunu bildirib.


Xəbərə aid fotolar