Bu ailələr adi günləri ilə milyonlar qazandılar FOTO


Digərləri 02 Noy 2017 18:48:00 306 0

Bu ailələr adi günləri ilə milyonlar qazandılar  FOTO

"Camaşır maşınını yenə doldurduq. Günümüzün adi, rutin olayıdır".

Bunu deyən ev xanımı sonra qızını göstərir. Kamera otağı "dolaşır" və məktəbə hazırlaşan qızla oğlanı göstərir.

Qonşu otaqda isə əynində şort və mayka olan ev sahibi var.

Darıxdırıcıdır?! Ola bilər, amma YouTube-da bu görüntüləri artıq 7 milyon nəfər izləyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Aberdinşir bölgəsində yaşayan 28 yaşlı Rebekka Meldrum üç qızı və əri Linin yaşamını hər gün videoya çəkir, sonra o videoları YouTube-dakı kanalında, habelə Facebook-dakı profilində paylaşır.

Vloqqer olduğunu deyən Rebekkanın sözlərinə görə, sadəcə, ailənin Facebook səhifəsinin 300 mindən artıq daimi təqibçisi var.


Xəbərə aid fotolar