Qanunsuz ov edənlər 22 min manatdan çox cərimə olundu


Digərləri 02 Noy 2017 17:01:00 312 0

Qanunsuz ov edənlər 22 min manatdan çox cərimə olundu

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" və "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir. 

2017-ci ilin oktyabr ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.

Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, digər 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.