Şehiç ən çox seyv edənlər sırasında


İdman 02 Noy 2017 16:21:00 226 0

Şehiç ən çox seyv edənlər sırasında

UEFA bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində ən çox seyv edən 5 qapıçının siyahısını hazırlayıb.

Goal.az xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də yer alıb. O, Andrey Pyatovla ("Shakhtar" Donetsk) birgə 21 seyvlə 2-ci 3-cü pillələri bölüşdürür. 4-5-ci yerləri hərəyə 20 seyvlə İqor Akinfeyev (SSKA, Moskva) və Huqo Lloris (“Tottenham”) tutur.

 “Maribor”lu Yasmin Handanoviç isə 24 seyvlə bu siyahıda liderlir edir.