Həbsxanadan qaçan 3 məhbus yaxalandı


Digərləri 02 Noy 2017 14:55:29 320 0

Həbsxanadan qaçan 3 məhbus yaxalandı

İtaliyanın Siciliya adası yaxınlığındakı Favinyana adasındakı həbsxanadan qaçan 3 məhbus yaxalanıb.

İtaliyanın Siciliya adası yaxınlığındakı Favinyana adasındakı həbsxanadan qaçan 3 məhbus yaxalanıb. Trend-in məlumatına görə, onlar sahildə qayıqlardan birini qaçırmaq istəyərkən Sahil-Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlardan biri özünü suya atıb təkrar uzaqlaşmağa cəhd göstərsə də, qısa müddət sonra yenidən saxlanılıb. Qeyd edək ki, məhbuslardan biri qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib. Məhbuslar oktyabrın 28-də həbsxanadan qaçıblar.