Serxio Aquero "Manchester City"nin tarixinə düşüb


İdman 02 Noy 2017 14:34:00 294 0

Serxio Aquero "Manchester City"nin tarixinə düşüb

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Napoli” – “Manchester City” (2:4) oyunu qonaqların hücumçusu Serxio Aquero üçün xüsusi əlamətdar olub. Goal.az xəbər verir ki,  argentinalı hücumçu “şəhərlilər”in heyətində 178-ci qolunu vuraraq Erik Bruku qabaqlayıb və klub tarixinin ən yaxşı bombardiri olub. 29 yaşlı Aquero 2011-ci ildən bu komandanın şərəfini qoruyur.