"Bir tərəfimi doğradı tökdü" Qonşusu tərəfindən döyülən zamin VİDEO FOTO


Kriminal 02 Noy 2017 13:18:00 324 0

"Bir tərəfimi doğradı tökdü"  Qonşusu tərəfindən döyülən zamin  VİDEO  FOTO

Tovuzun Alakol kəndində qonşular arasında dava düşüb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, tərəflərdən biri, yəni Qüdrət Hüseynova xəstəxanalıq olub. Həsənovanın iddiasına görə, iki il əvvəl qonşusu Tahirə Sarızadəyə bankdan kredit götürə bilməsi üçün zaminlik edib. Sarızadə pulu aldıqdan bir neçə ay sonra banka aylıq ödənişi keçirə bilməyib. Belə olduqda isə borc hər ay Qüdrət Hüseynovanın pensiya kartından tutulub. Tahirə Sarızadəyə Qüdrət Hüseynovanın itirdiyi 1200 manat puldan, sadəcə, 400 manatını geri qaytarıb. 68 yaşlı qadın qalan hissəni istədikdə qonşunun həyat yoldaşı Şükür Sarızadə tərəfindən döyülərək təhqir edilib. Hüseynova xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qarşı tərəf isə bildirib ki, Qüdrət Hüseynovaya zorf tətbiq edilməyib. Qadın şəkər xəstəsidir və borc üstündə mübahisə aparılarkən səhhəti qəfil pisləşib. Qüdrət Hüseynova: "Bir tərəfimi doğradı tökdü. Belə şey olmaz. Pul lazımdır". Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərə aid fotolar