“Qoca”nın həbsxanadan VİDEOsu yayıldı


Digərləri 02 Noy 2017 12:49:00 243 0

“Qoca”nın həbsxanadan VİDEOsu yayıldı

Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet "Qoca" ləqəbli Etibar Məmmədovun Lənkəran həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.

Son.az goldnews.az-a istinadən xəbər verir ki, video sosial mediada paylaşılıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Əlavə edək ki, ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.