Ronaldo "Real"la müqaviləsini yeniləmək istəmir


İdman 02 Noy 2017 12:40:00 278 0

Ronaldo "Real"la müqaviləsini yeniləmək istəmir

Kriştianu Ronaldo "Real Madrid"lə müqaviləsini yeniləmək barədə düşünmür.

Goal.az xəbər verir ki, bu barədə futbolçu "Tottenham"lə Çempionlar Liqasında baş tutan oyundan (1:3) sonra "BeİN sports"a açıqlama verib. Portuqaliyalı ulduz Madriddə özünü rahat hiss etdiyini də vurğulayıb.

"Real"la müqaviləm hələ 4 il qüvvədədir. Onu yeniləmək istəmirəm. Klubda özümü əla hiss edirəm. Komandaya heç nə olmayıb. Biz həmişə eyni səviyyədə oynaya bilmərik. "Tottenham"lə matçda istədiyimiz kimi oynamadıq, amma pis oynadığımızı da düşünmürəm".

Bu mövsüm bütün turnirlər daxil olmaqla 12 dəfə "Real"ın formasını geyinən Ronaldo rəqib qapılarından 8 qol keçirib.