"Washington Post" Metsamoru "həyatla ölüm arasında yaşayan şəhər" adlandırdı


Siyasət 02 Noy 2017 12:28:00 280 0

"Washington Post" Metsamoru "həyatla ölüm arasında yaşayan şəhər" adlandırdı

ABŞ-ın məşhur "Washington Post" qəzeti Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) işçilərinin gündəlik həyatı barədə fotogörüntülər dərc edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəzetin internet portalında AES-in eyniadlı şəhərin yaxınlığında yerləşməsi və sakinlərin burada işləməsi barədə reportaj yer alıb.

Qeyd olunur ki, şəhərin 10 min sakinindən min nəfəri AES-də işləyir: "Bu stansiya azı iki səbəbdən narahatlıq mənbəyidir: stansiya saxlama konteynerləi olmadan tikilib və seysmik zonada yerləşir. Faktiki olaraq, AES dağıdıcı zəlzələdən sonra 1989-cu ildə fəaliyyətini dayandırmışdı. 2011-ci ildə "National Geographic" hesab edirdi ki, bu, dünyanın ən təhlükəli atom elektrik stansiyasıdır".

Bütün bu risklərə baxmayaraq, AES hələ də açıqdır və insanlar hələ də işçilər üçün yaradılmış şəhərdə yaşayır.

Reportajda qeyd olunur ki, şəhər "şübhə və qorxu, yoxsulluq və sağ qalma, həyat və ölüm arasında" qalıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində