Azərbaycana gəlmək üçün onlayn viza almaq istəyənlər daha çox hansı ölkədən olan tursitlərdir?


Digərləri 02 Noy 2017 11:05:00 222 0

Azərbaycana gəlmək üçün onlayn viza almaq istəyənlər daha çox hansı ölkədən olan tursitlərdir?

Son məlumatlara görə, Azərbaycanda "Asan Viza" almaq üçün ən çox müraciətlər İran turistlərindən daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzinin ASAN Viza Departamentinin müdiri İsmayıl Əbdüləzimov bildirib.

O qeyd ki, "ASAN Viza" almaq üçün indiyə kimi 237 832 müraciət daxil olub. Müraciət edənlərin 8151 nəfəri səhv məlumat təqdim etdiyinə görə onlara imtina cavabı verilib. Lakin məlumatlar yeniləndikdən sonra müraciətlərə yenidən baxılıb və viza təqdim olunub:

"ASAN Viza", həmçinin ölkəyə qrup şəklində gələn turistlərə də təqdim olunur. "ASAN Viza"nın alınması müddəti standart olaraq 3 gün, təcili olduqda isə 3 saatdır. Standart vizanın dəyəri 20 dollar, təcili vizanın qiyməti isə 23 dollardır. ASAN Viza xidməti www.evisa.gov.az saytı vasitəsi ilə 24 saat aktivdir".