“Qoca”nı evində gizlədən şəxs də öldürüldü TƏFƏRRÜAT


Digərləri 02 Noy 2017 10:46:00 270 0

“Qoca”nı evində gizlədən şəxs də öldürüldü  TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda "Qoca" ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

Son.az report-a istinadən xəbər verir ki, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib. "Qoca" ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.