Tramp özbək terrorçunun edamını istədi FOTO


Digərləri 02 Noy 2017 10:28:00 286 0

Tramp özbək terrorçunun edamını istədi  FOTO

Dünən ABŞ-ın Nyu-York şəhərinin Cənub Dairəsindəki Manhetten məhkəməsində 29 yaşlı Seyfullo Saipovun məhkəmə prosesi başlanıb.

Son.az cnn-ə istinadən bildirir ki, Nyu-Yorkun Manhetten səmtində pikapı insanların üzərinə sürərək terror aktı törədən S.Saipov 8 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olub.

O, məhkəmə zalına xəstəxanadan əlil arabasında gətirilmişdi.

ABŞ prezidenti Donald Tramp isə əslən Özbəkistandan olan S.Saipova edam cəzasının tətbiq olunmasını istəyib.

"Nyu-Yorkda terror törədən şəxs xəstəxanasındakı palatasında İŞİD bayrağını böyük şövqlə asıb. O, 8 nəfəri qətlə yetirib, 12 nəfəri ağır yaralayıb. Bu adam ölüm hökmü almalıdır", - D.Tramp Twitter-dəki akkauntunda yazıb.

Bir qədər əvvəl D.Tramp bəyan edib ki, digər dövlətlərin vətəndaşları üçün ABŞ-a immiqrasiya lotereyası olan "Green Card"ın ləğv edilməsi üçün Konqreslə müzakirələrə başlamaq niyyətindədir: "ABŞ zəncirvari miqrasiyaya son qoymaq üçün bu lotereya proqramından mümkün qədər tez qurtulmalıdır".

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamaya görə, S.Saipov 2010-cu ildən Özbəkistandan Birləşmiş Ştatlara məhz "Green Card" lotereyası hesabına köçüb.

S.Saipovdan bəhs edərkən D.Tramp bəyan edib ki, terrorçuluqda suçlanan bu şəxsin ABŞ Hərbi-Dəniz Qüvvələrinin Kubadakı Quantanamo bazasındakı xüsusi həbsxanaya göndərilməsi variantını nəzərdən keçirəcək.

S.Saipov ömürlük cəza və ya ölüm hökmü ala bilər. İttiham Manhetten məhkəməsində səsləndirilib.