Pakistanın keçmiş baş naziri məhkəmədə ifadə vermək üçün ölkəsinə qayıdıb


Dünya 02 Noy 2017 10:11:33 267 0

Pakistanın keçmiş baş naziri məhkəmədə ifadə vermək üçün ölkəsinə qayıdıb

Nəvaz Şərif İslamabada Londonda müalicə olunan xanımı Bəyim Gülsümlə birlikdə dönüb

 Pakistanın keçmiş baş naziri Nəvaz Şərif məhkəmədə ifadə vermək üçün ölkəsinə qayıdıb.

Son.az “report”-a istinadən xəbər verir ki, o, İslamabada Londonda müalicə olunan xanımı Bəyim Gülsümlə birlikdə dönüb.

Qeyd edək ki, Pakistan məhkəməsi antikorrupsiya işi ilə bağlı dinləmələrə gəlmədiyi üçün ötən həftə N.Şərif barəsində həbs qətimkan tədbiri seçmişdi.

Onun vəkili Xavaca Xərris bildirmişdi ki, keçmiş baş nazir xanımı Bəyim Gülcümün xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak etmir. Bununla belə hakim qərarını dəyişməmişdi. N.Şərifin məhkəmə dinləməsində iştirak edə bilməməsi ilə bağlı götürdüyü möhlətin müddəti başa çatıb.

Məhkəmənin növbəti iclası noyabrın 3-ə təyin edilib.

Xatırladaq ki, oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş baş nazir N.Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb. Onların heç biri özlərini təqsirli bilməyib.

Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. Bu ilin iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.