Samsung Galaxy S9 və Galaxy S9+ smartfonları necə olacaq?


Digərləri 02 Noy 2017 08:55:00 305 0

Samsung Galaxy S9 və Galaxy S9+ smartfonları necə olacaq?

"Phone Arena" nəşri "Samsung Galaxy S9" və "Galaxy S9+" smartfonlarının fotoşəkillərini təqdim edib. Qurğuların ekran ölçüsü və digər texniki xüsusiyyətləri "iPhone X" modelini geridə qoya bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, 2017-ci ilin "Samsung Galaxy" modellərinin dizaynının yeni qurğularda inkişaf etdiriləcəyi gözlənilir. Belə ki, smartfonların çərçivələrinin aşağı tərəfinin daha nazik, yuxarı tərəfinin isə ümumiyyətlə ləğv olunacağı gözlənilir.

Bildirilir ki, 2018-ci il modellərində iki əsas kamera sistemi quraşdırılacaq. Hazırda hər iki smartfonun onunla təchiz ediləcəyini və ya əlavə kameraya yalnız "Galaxy S9+" modelinin malik olacağını demək çətindir. Kameranın əlavə olunması barmaq izi skanerinin yerləşmə yerinə təsir göstərə bilər.

Bundan əvvəl "Samsung" istifadəçiləri qeyd edib ki, barmaq izi skanerinin yerləşdiyi yer kameraya çox yaxındır - daktiloskopik skaner üçün əlverişli yer deyil. İstehsalçının qurğuların blokdan çıxarılma prosesini yaxşılaşdıracağı və ötürücü və kameralar arasında məsafəni artıracağı ehtimal olunur. Mərkəzi oxda yerləşən skaneri həm sağ, həm də sol əllə idarə etmək mümkün olacaq.  

Yeni qurğuların ekranında 1440 x 2960 təsvir ölçülü və ya daha yüksək (QHD+ (3200×1800) təsvirli yeni nəsil "AMOLED Infinity" displeylər quraşdırılacaq.