Yeni Sony smartfonları təqdim olundu


Digərləri 02 Noy 2017 08:35:00 252 0

Yeni Sony smartfonları təqdim olundu

"Sony Mobile" şirkəti "Xperia R1" və "Xperia R1 Plus" smartfonlarını nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, satışlarına noyabrda başlanacaq smartfonlar özündə 1,4 QHs takt tezlikli səkkiz "ARM Cortex-A53" nüvəsini və "Adreno 505" qrafik sürətləndiricisini birləşdirən "Qualcomm Snapdragon 430" prosessorundan istifadə edir. Quraşdırılmış "LTE Cat 4" modemi məlumatları 150 meqabit/saniyə sürətində yükləməyə imkan verir.

Məlumata görə, yeni qurğular 1280 × 720 piksel təsvir ölçülü və diaqonal üzrə ölçüsü 5,2 düym təşkil edən "HD 2.5D" ekranı ilə təchiz edilib. Korpusun arxa tərəfində işıqlandırıcıya malik 13 meqapikselli, ön tərəfində isə 8 meqapikselli kamera quraşdırılıb.  

Bundan başqa, smartfonlar "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.2" modullar, GPS/GLONASS qəbuledicisi, "USB Type-C" portu, qulaqcıqlar üçün standart 3,5 mm-lik çıxış, "microSD" kartı üçün çıxış və "nanoSIM" kartları üçün iki çıxışla təchiz edilib. Qurğuların qabaritləri 146 × 73,2 × 8,89 mm, çəkisi 154 qram təşkil edir. Akkumulyator tutumu 2620 milliamper/saata bərabər smartfonlar "Android 7.1 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Onları, həmçinin "Android 8.0 Oreo" sisteminədək yeniləmək mümkün olacaq.