ABŞda silahlı incident: 2 nəfər ölüb, 1i yaralanıb


Dünya 02 Noy 2017 07:25:00 255 0

ABŞda silahlı incident: 2 nəfər ölüb, 1i yaralanıb

07:25

ABŞ-ın Tornton şəhərində (Kolorado ştatı) baş verən silahlı incident nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tornton polisi "Tvitter"də məlumat yayıb.   Bundan əvvəl bir neçə nəfərin yaralandığı bildirilirdi.   "Walmart" univermağının qarşısında baş verən silahlı insident nəticəsində iki kişi ölüb, bir qadın yaralanıb. Yaralı qadın xəstəxanaya çatdırılıb", məlumatda deyilir.   İnsidentin digər təfərrüatları hələ ki, açıqlanmır.     05:30   Naməlum şəxs ABŞ-ın Kolorado ştatının Tornton şəhərindəki univermaqda atəş açıb.   Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tornton polisi "Tvitter"də məlumat yayıb.   "Bu dəqiqələrdə "Walmart" univermaqının qarşısında naməlum şəxs atəş açıb, yaralananlar var", məlumatda bildirilir. Sakinlərə əraziyə yaxınlaşmamaq tövsiyə edilib. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.


Xəbərə aid fotolar