Trampın Çinə səfəri noyabrın 8-dən 10-dək davam edəcək


Dünya 02 Noy 2017 07:12:45 266 0

Trampın Çinə səfəri noyabrın 8-dən 10-dək davam edəcək

Ölkə liderlərinin görüşündə ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılacaq

Çinin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın bu ölkəyə ilk rəsmi səfərinin noyabrın 8-dən 10-dək davam edəcəyini bildirib. 

"Report" xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi nümayəndəsi Lu Kananın bəyanatında bildirillir. 

"Prezident Tramp ÇXR sədri Si Çzinpinin dəvəti ilə noyabrın 8-dən 10-dək Çinə səfər edəcək", - deyə nazirliyin rəsmi nümayəndəsi bildirib.

Qeyd edilir ki, iki ölkə liderinin görüşündə ikitərəfli münasibətlərə, həmçinin əsas beynəlxalq problemlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.