Aqüero "Mançester Citi"nin tarixində ən yaxşı bombardir olub


Sosial 02 Noy 2017 04:59:14 307 0

Aqüero "Mançester Citi"nin tarixində ən yaxşı bombardir olub

Onun "Napoli"yə qolu Aqüeronun 178-cidir

Argentinalı hücumçu Serxio Aqüero İngiltərənin "Mançester Siti" futbol komandasının tarixində qolların sayına görə birinci yerə çıxıb.

"Report"un məlumatına görə, bu barədə "RT" xəbər verib.

Bildirilir ki, onun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İtaliyanın "Napoli" komandasının qapısına vurduğu qol Aqüeronun "Mançester Siti"dəki karyerasında 178-cidir.

Qeyd edək ki, "Napoli" (İtaliya) - "Mançester Siti" (İngiltərə) oyunu 2:4 hesabı ilə başa çatıb.

Aqüero bununla Erik Bruku qabaqlayıb. Onun hesabında 177 qol olub.

"Mançester Siti"nin bombardirləri arasında 3-cü yeri 166 qolla Tommi Conson tutub.