Eritreyada etiraz aksiyaları zamanı 28 nəfər ölüb


Sosial 02 Noy 2017 04:34:44 285 0

Eritreyada etiraz aksiyaları zamanı 28 nəfər ölüb

Etirazçılar hadisəni törədənləri məhsuliyyəyətə cəlb edilməsini istəyib

Eritreyada müxalifətin etirazları zamanı 28 nəfər ölüb. 

"Report" "Aljazeera"-yə istinadən xəbər verir ki, bu barədə müxalif Qırmızı Dəniz Afar Demokratik təşkilatı özünün "Facebook" səhifəsində yazıb.

Etirazlar zamanı daha 100 insanın yaralandığı bildirilir. Aksiyaçılar beynəlxalq ictimaiyyətə və hüquq müdafiəsi təşkilatlarına çağırış edərək, hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsini istəyiblər.

Qeyd edək ki, paytaxtda ötən gün baş verən etirazlara səbəb hökumətin məktəblərdə baş örtüyə qadağa qoyması və dini təhsilin saxladılması göstərilir.

Bundan sonra etiraz aksiyalarlna yüzlərlə tələbə qoşulub.